Haqqımızda
2023-cü ildə yaradılan Garbage Operation Service, fəaliyyət müddəti ərzində ölkənin ən nüfuzlu şirkətlərindən biri halına gəlmiş və tullantıların daşınması və çeşidlənməsi sahəsində öncül rolunu qorumağı bacarmışdır.
Əsas fəaliyyətimiz, müştərilərimizin istəklərinə uyğun olaraq tullantı idarəetmə təchizatları və həllər təklif etməkdir. Biz müştərilərimizin iş ərazilərində müxtəlif tullantı növlərinin təhlükəsiz daşınması və emalı üçün innovativ həllər təmin edirik. Tullantı idarəetmə proseslərimiz, peşəkar komandamız və müasir texnologiyalar ilə müştərilərimizin nailiyyətlərini artırmağa kömək edir. Garbage Operation Service müştəri tələblərinə uyğun müasir, təhlükəsiz və səmərəli həllər təklif edən lider şirkətlərdəndir!
Müştərilərimizə təklif etdiyimiz xidmətlər və xidmətlərin icrasının sürətli olması Garbage Operation Service şirkətinin sektorun lideri kimi inkişaf etməsinin əsas səbəblərindən biridir. Biz, tullantıların effektiv şəkildə nəqli və emalı üçün ən son innovasiyaları tətbiq edirik. Bu isə öz növbəsində müştərilərimizin bizə etibar etməsinin və uzunmüddətli əməkdaşlığımızın əsasını təşkil edir.